Şrift:
Avstraliya hökuməti yeni koronovirusla mübarizəyə 2,4 milyard dollar ayırıb
11.03.2020 [09:41] - Xəbərlər, Siyasət
Avstraliya hökuməti yeni koronovirusla mübarizəyə 2,4 milyard dollar (təqribən 1,56 milyard ABŞ dolları) yönəldəcək.

Bu barədə Avstraliyanın Baş naziri Skott Morrison bəyan edib. “Avstraliyalıların sağlamlığını və rifahını qorumaq məqsədilə müəyyən edilmiş proqramların həyata keçirilməsi üçün bu gün biz 2,4 milyard dollar vəsait ayırdıq”, - deyə Baş nazir bildirib.

S.Morrison qeyd edib ki, həmin vəsaitin 1,2 milyard dolları (780 milyon ABŞ dollar) cari maliyyə ilində yeni koronavirusa qarşı mübarizə tədbirlərinə sərf olunacaq.
Baş nazir, həmçinin bildirib ki, martın 11-dən başlayaraq Avstraliya İtaliyadan ölkəyə girişi dayandırır. Bununla yanaşı, İtaliyadan geri dönən Avstraliya vətəndaşları cəmiyyətdən təcrid ediləcəklər.
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed