Şrift:
Dünyanı qorxuya salan corona virusu Amerikanın paytaxtı Vaşinqtona da gəlib çatdı.
11.03.2020 [09:47] - Gündəm, Sağlıq
“ Dünyanı qorxuya salan corona virusu Amerikanın paytaxtı Vaşinqtona da gəlib çatdı. Biz indi gəlmişik Vaşinqtona.Milliətin fikirini öyrənirik.Onlar nədən narahatdırlar. Bir çox tədbir və konfranslar bu gün təxirə salındı. Məsələn biz bu gün CİA-nın keçmiş direktorunun toplantısına. Lakin carona problem səbəbi ilə o görüş təxirə salındı. İndi biz, vətəndaşın düşüncəsini öyrənirik.Biz Vaşinqtonun nəbzini öyrənəcəyik.”

Corona virusu Çin, İran, İtaliya, Cənubi Koreya və Avropadan sonra Amerika Birləşmiş Ştatlarda da ciddi narahatlıq yaradıb. Son məlimatlara görə virusa tutulanların sayı 500 nəfəri aşdı. Əgər əvvəl bu virus ölkənin qərbində yayılmışdısa, son iki gündə isə hər tərəfdən corona virusu xəbəri gəlir. Hökumət əhalini narahat olmamağa çağırsa da ehtiyyat tədbirlərini də görür. Məsələn təkcə Vaşinqtonda onlarla tədbir virus təhlükəsi ilə təxirə salındı.Bu gün Vaşinqtonda hava günəşli idi. Əhali də bu gözəl havanı qacırtmamağa çalışdı. Şəhərdə rəyini öyrəndiyimiz insanların dediklərini təqdim edirəm.

“Biz Cənubi Azərbaycanda yayımlanan GünAZ TV-nin jurnalistləriyik. Sizin corona virusu ilə bağlı fikirlərinizi öyrənmək istəyirik. Bu barədə nə düşünürsüz?Əllbətdə mən narahatam, xüsusən DC bölgəsi üçün.Mən düşünürəm ki, əsas olaraq əgər əvvəldən ciddi probleminiz yoxdursa çox narahat olmağa dəyməz. Mən bu məsələdən şiddətli qorxmuram. Əgər qrip virusuna baxsan o da qorxuludur, amma onun vaksini var.Mən əminəm ki, buna da vaksin tapacaqlar. Mən çox da narahat deyiləm.

Özünüzü necə qoruyursuz?Bilirəm bu daha çox yaşlıları narahat edir.20 saniyə əllərimi yuyuram, sağlam qidalanıram, sanitar qaydalara riayət edirəm. İctimai yerlərə toxunmuram.”

“Mən narahat deyiləm. Düşünürəm virus xəbərlərin dediyi qədər qorxulu deyil. Bu virus digər xəstəliklər kimidir.”

“Virus indi daha çox hər yerə yayılıb. Əvvəl qərbdə idi indi isə həm də şərqdə var. Sizin düşüncələrinizi bilmək istəyirəm?

Məni narahat edəcək mərhələ hələ yetişməyib.Xüsusi bir tədbir almamışam.Rəqəmlər çox ciddi deyil.Bu mərhələdə narahat deyiləm.Düşünürəm hələ izləyəcəyik ona görə tədbir alacam. Gəzmək üçün bu gün gözəl bir gündü.Sizi Cənubi Azərbaycandan izləyirlər. Onlar üçün bir məsləhətiniz varmı? İlk olaraq rəqəmlər ciddi olarsa düşünürəm insanlar daha çox evdə qalıb, evdən işləsinlər. İctimayyi yerlərdən uzaq dursunlar. Düşünmürəm ki, bu qədər böyüyəcək.”

“Düşünürəm hər kəs öz təhlükəsizliyini qoruyaraq, ictimayyi yerlərdən uzaq durmalı, əlini yumalı, özünü qorumalıdır. Xüsusən mənim yaşıdlarım. Özünüzü kənar saxlayın. Məsələn bu gün şəhərdəyəm, zövq alıram amma mən muzeylərə getmirəm.”

Amerika prezidenti Donald Trump da tvitter üzərindən etdiyi açıqlamada dedi ki, kecən il təkcə qrip virusundan 37 min Amerikalı həyatınıitirib.O, bu rəqəmin ildə 27 ilə 70 min arasında dəyişdiyinə işarə edərək, bir virusa görə ölkədə kütləvi tətili əhəmiyyətsiz sayır.

Ən təhlükəli durum bu dəqiqə hələ İtaliyadadır.Orda 16 milyon insan karantinə alınıb. 233 insan dünyasını dəyişib. Çində virusdan ölənlərin sayı 3 min 72 nəfər olub.Ümumi olaraq dünyada 100 min insan virusa yoluxub. Iran Islam respublikasnda isə ölənlərin sayı rəsmi olaraq 194 nəfər bildirilsə də, qeyri rəsmi məlimatlarda bu rəqəm daha yüksəkdir.
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed