Şrift:
Koronavirus təhlükəsi ilə bağlı Özbəkistan Ümrə ziyarətinə gedən minə yaxın vətəndaşını geri qaytarıb
11.03.2020 [09:54] - Xəbərlər, İslam dini
Koronavirus təhlükəsi ilə bağlı Özbəkistan Ümrə ziyarətinə gedən minə yaxın vətəndaşını geri qaytarıb.

Özbəkistan Səhiyyə Nazirliyi xəbər verir ki, son iki gündə “Uzbekistan Airways” dörd çarter reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 977 vətəndaşını geri gətirib.

Özbəkistanın Səhiyyə naziri Əlişir Şadmanov jurnalistlərə bildirib ki, bu adamların heç birində koronavirusun əlamətləri aşkar olunmayıb, bununla belə, onlar öz evlərində iki həftə nəzarət altında qalacaqlar.
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed