Şrift:
İranda Firuzkuh valisinin müavini koronavirusdan ölüb
11.03.2020 [12:42] - Güney Azərbaycan xəbərləri
İranda Firuzkuh valisinin ictimai-siyasi məsələlər üzrə müavini Höccətullah Həsənzadə koronavirusdan ölüb.

İran mediasının yaydığı xəbərə əsasən, əvvəllər böyrək xəstəliyindən əziyyət çəkən 44 yaşlı Höccətullah Həsənzadə koronavirusa yoluxması səbəbi ilə martın 10-dan-11-ə keçən gecə müalicə aldığı xəstəxanada keçinib.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 10-da yaydığı son statistikaya əsasən, ölkədə virusdan ölənlərin sayı 291-nəfərə, yoluxanların sayı isə 8042 nəfərə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed