Şrift:
İranın Gilan əyalətinin Baş Baytarlıq İdarəsinin rəis müavini koronavirusdan ölüb
11.03.2020 [12:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Gilan əyalətinin Baş Baytarlıq İdarəsinin rəis müavini Məhəmməd İbrahimi koronavirusdan ölüb.

İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, koronavirusa yoluxduğu üçün son bir həftədə həkimlərin nəzarətində müalicə alan Məhəmməd İbrahimi, martın 10-da Gilanın Rəşt şəhərinin “Pars” xəstəxanasında keçinib.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 10-da yaydığı son statistikaya əsasən, ölkədə virusdan ölənlərin sayı 291-nəfərə, yoluxanların sayı isə 8042 nəfərə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed