Şrift:
Avropadakı diaspor təşkilatları Vaterlo şəhərinin merinə müraciət ediblər
11.03.2020 [14:03] - Gündəm, Siyasət
Belçikanın Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilməsi Avropada yaşayan soydaşlarımızın hiddətinə səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresi bu xoşagəlməz insidentlə bağlı məktubla Vaterlo şəhərinin meri Floran Röterə müraciət ediblər.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının məktubunda bildirilib ki, 8 mart – Beynəlxalq Qadınlar Günündən bir qədər sonra baş verən bu insident Azərbaycan qadınına şiddət və vandalizm aktı kimi qiymətləndirilir. “Bu, yolverilməzdir və günahkarların tapılıb cəzalandırılması üçün təcili tədbirlərin görülməsini xahiş edirik”, deyə - müraciətdə qeyd olunub.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədovun məktubunda bu hadisə dəhşətli xəbər adlandırılıb. “Təəssüf ki, bunu kimin edə biləcəyi ilə bağlı anlayışımız yoxdur və biz kimin və nədən bunu etdiyini öyrənmək istəyirik. Biz sizdən və müstəntiqlərinizdən kimin bunu etdiyini araşdırmağınızı xahiş edirik. Biz çox məşhur şairlərimizdən birinə ucaldılmış bu abidəni yüksək dəyərləndiririk və bu hərəkət bizim üçün çox ağırdır. Ümid edirik ki, bunun nə məna kəsb etdiyini və Vaterloda bu abidənin bizim üşün necə dəyərə malik olduğunu başa düşürsünüz”, - müraciətdə vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed