Şrift:
Ötən sutka ərzində Çində 11 nəfər koronavirusdan ölüb
12.03.2020 [09:12] - Xəbərlər, Sağlıq
Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 980, bu virus səbəbindən ölənlər isə 3 min 173 nəfərə çatıb.

Çin Dövlət Səhiyyə Komitəsi xəbər verir ki, ötən sutka ərzində 15 yoluxma və 11 ölüm faktı qeydə alınıb. Yoluxma hallarının 8-i, ölüm hallarının isə 10-u virusun episentri olan Xubey vilayətində baş verib. Son günlər ilk dəfə olaraq Xubey vilayətində gündəlik yoluxma hallarının sayı təkrəqəmli səviyyəyə düşüb.

Çin həkimləri indiyədək 62 min 887 nəfəri sağalda biliblər. Hazırda Çin üzrə 4 min 257 xəstənin vəziyyəti kritikdir.
Çindən başqa, 110 ölkədə 37 mindən çox yoluxma, 1100-dən yuxarı ölüm faktı qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı yeni koronavirusu pandemiya elan edib. Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus yaxın günlərdə və həftələrdə yoluxma və ölüm hallarının baş verdiyi ölkələrin sayının artacağının gözlənildiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 64 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed