Şrift:
Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri şəhid anasını ziyarət ediblər
12.03.2020 [09:54] - Gündəm, Sosial
“Könüllü qonaq” təşəbbüsünə qoşulan Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Katex kənd sakini, şəhid anası, 77 yaşlı Üneyzət Mahalovanın evinə qonaq gedib, ona qayğı göstəriblər.

Mərkəzin direktoru Şahin Qarakişiyev bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda müharibədə canlarından keçən qəhrəman oğul və qızlarımızın xatirəsini yad etmək, şəhid ailələrinə mənəvi cəhətdən dəstək olmaqdır.

Könüllülər Üneyzət nənənin əhvalı ilə maraqlanıb, evində təmizlik işləri aparıb, həyətində səliqə-sahman yaradıblar.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed