Şrift:
Güneyli komediya aktyoru: Koronavirusla bağlı məsələ ciddidir, ölənlərin sayı olduqca çoxdur
12.03.2020 [10:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məşhur güney azərbaycanlı komediya aktyoru Babək Nəhreyn koronavirus epidemiyasının təhlükəli vəziyyətə gəldiyini vurğulayaraq Azərbaycan əhalisini məsələni ciddiyə almağa çağırıb.



Video vasitəsi ilə əhaliyə müraciət edən aktyor hər kəsi evdən çölə çıxmamağa çağırıb.



“Koronavirus böhranı ciddi məsələdir. Mən müəyyən səbəbə görə xəstəxanaya getmişdim. Həkimlər və tibb bacıları məndən tələb etdilər ki, əhaliyə müraciət edərək onlardan evdə qalmalarını istəyim.

Virusdan ölənlərin sayı olduqca çoxdur. Korona ilə zarafat etməyin. Deməyin ki, mənim imkanım yoxdur və ya spirtdən istifadə etdiyim üçün mənə heçnə olmaz. Evdən çölə çıxmayın, vəziyyət çox ağırdır.”- deyə Babək Nəhreyn bildirib.

İlk Qum şəhərində aşkar edilən təhlükəli virus artıq bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüyüb. Ölkədə virusa yoluxanların sayı təxminən 10 min nəfər, bu xəstəlikdən ölənlərin sayı isə yüzlərlədir. Qeyri-rəsmi mənbələr koronavirusdan ölənlərin sayının təxminən 2 min nəfər olduğunu bildirir.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed