Şrift:
Binə qəsəbəsində 9 minədək abonentin təbii qaz təchizatı dayandırılıb
12.03.2020 [12:38] - Gündəm, İqtisadiyyat
Binə qəsəbəsində 9 minədək abonentin təbii qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisi adlanan yerdə Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı “Volva” markalı yük avtomobili ilə qəza törədilib. Belə ki, həmin avtomobillə diametri 273 millimetr olan orta təzyiqli qaz xətti vurularaq qırılıb. Kəmərin 20 metrlik hissəsi dayaqlardan düşüb və qaynaq yerindən aralanıb. Təhlükəsizlik tədbirləri olaraq qaz sızmasının qarşısını almaq üçün təqribən 9 minədək abonentin təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Ərazidə təcili bərpa işləri aparılır.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed