Şrift:
Vaşinqtonda illik Türk Festivalı keçirilib
01.10.2012 [12:31] - Gündəm, Diaspor
ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığında ənənəvi illik Türk Festivalı keçirilib.

Qarabağ Fondunun təmsil olunduğu onuncu illik Türk Festivalında Azərbaycan incəsənəti və mədəniyyəti, xalçaları və musiqi alətləri nümayiş olunur.

Qeyd edək ki, 2003-ci ildən bəri keçirilən Türk Festivalı ABŞ paytaxtının ən geniş etnik festivallarından biridir.

Festival türk mədəniyyəti haqqında geniş məlumat verir və onun rolunu Yaxın Şərq, Qafqaz, Balkan və Mərkəzi Asiya mədəniyyətlərini birləşdirən körpü kimi vurğulayır. Tədbir zamanı türk mətbəxinin dadlı yeməkləri təqdim olunur və türk bazarını əks etdirən nümayişlər göstərilir.
Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed