Şrift:
Formula 1 Avstraliya Qran-Prisi koronavirus pandemiyasına görə təxirə salınıb
13.03.2020 [09:24] - Xəbərlər, İdman
Formula 1 Avstraliya Qran-Prisi koronavirus pandemiyasına görə təxirə salınıb.

Buna səbəb “Maklaren” komandasının əməkdaşında virusa yoluxma halının qeydə alınması olub.

Təşkilatçılar yürüşün nə zaman keçiriləcəyi barədə məlumat verməyiblər.

Mövsümün ilk yarışı olan Avstraliya Qran-Prisinin martın 13-15-də Melburnda keçirilməsi planlaşdırılırdı.

Qeyd edək ki, bir müddət əvvəl Formula 1 Çin Qran-Prisi təxirə salınıb. Bəhreyndəki yürüşlər azarkeşsiz keçiriləcək. Vyetnam Qran-Prisinin isə təşkili sual altındadır.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed