Şrift:
İranda spirt istehsalına tətbiq edilmiş məhdudiyyətlər ləğv edilib
13.03.2020 [09:26] - Güney Azərbaycan xəbərləri
İranda spirt istehsalına tətbiq edilmiş məhdudiyyətlər qeyri-müəyyən vaxta qədər aradan qaldırılıb.



Bu barədə məlumat yayan İranın Sənaye, Mədən və Ticarət nazinin müavini Hüseyn Müdərris Xiyabani bildirib ki, artıq bu gündən etibarən spirt istehsalı ilə məşğul olanların təmsil etdiyi Nazirlikdən lisenziya almalarına ehtiyac qalmayacaq. O, artıq bu qərarın bütün əyalətlərin Sənaye, Mədən və Ticarət Təşkilatlarına bildiriş şəklində göndərildiyini qeyd edib.



"Bəzi istehsal müəssisələri artıq ölkənin ehtiyac duyduğu qədər spirt istehsal etməyə hazır olduqlarını elan ediblər. Həmin müəssisələrdə istehsal edilmiş spirt Qida və Dərman Təşkilatı tərəfindən alınaraq, Tibb Elmləri İnstitutlarının nəzarəti altında dezinfeksiya edici gel istehsalı ilə məşğul olan mərkəzlər arasında paylanılacaq", - deyə rəsmi əlavə edib.



Dezinfeksiya edici gel hazırlamaq üçün başlıca maddə olan spirt həmçinin koronavirusla mübarizə sahəsində geniş istifadə olunur. Koronavirusun İranda yayılmağa başlamasından sonra ölkədə spirt, maska, eləcə də digər tibbi ləvazimatlar və dərman çatışmazlığı yaşanır.
Bu xəbər oxucular tərəfindən 306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed