Şrift:
Məktəb seçiminə başlanılır
13.03.2020 [10:51] - Gündəm, Bildiriş
2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Təhsil Nazirliyindən bildiriblər ki, elektron qeydiyyatdan keçmiş valideynlər bu gün saat 11:00-dan etibarən məktəb seçimini həyata keçirə bilərlər.

Qeyd edək ki, birinci sinfə qəbul prosesi sentyabrın 14-dək davam edəcək. Elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed