Şrift:
Paytaxtda 13 oğurluq hadisəsinin üstü açılıb
13.03.2020 [11:02] - Gündəm, Hüquq
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 33 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, onlardan 9-u əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub. Cinayətlərin 5-i narkotiklərlə, 1-i quldurluq, 2-si silah-sursatla bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan beş nəfər tapılaraq ailəsinə təhvil verilib.
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed