Şrift:
Qəzvin əyalətinin Teleradio Təşkilatının “Bəsic” rəhbəri koronavirusdan ölüb
13.03.2020 [14:07] - Güney Azərbaycan xəbərləri
İranın Qəzvin əyalətinin yerli Teleradio Təşkilatının “Bəsic” rəhbəri Səid Xorşidi koronavirusdan ölüb.



İranın “Tasnim” agentliyinin yaydığı xəbərə əsasən, son günlər koronavirusa yoluxma səbəbi ilə Qəzvin şəhər xəstəxanalarından birində müalicə alan Səid Xorşidi, martın 11-i axşam saatlarında keçinib.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 12-də son statistikaya əsasən, ölkədə koronavirusa yoluxanların sayının 10075 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 429 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan mənbələr, virusa yoluxanların və xəstəlikdən ölənlərin sayının bir neçə dəfə çox olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed