Şrift:
Miyana yolunda ağır yol qəzası: 3 ölü, 4 yaralı
13.03.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Miyana məntəqəsində ağır yol qəzası baş verib.



Hadisə dünən günorta saatlarında Miyana-Tərk yolunda Anabağı kompelksinə çatmamış baş verib. Məlumata görə, “El 90” markalı minik avtomobilinin aşması nəticəsində 2 uşaq hadisə yerində həyatını itirib, 5 nəfər isə xəsarət alıb.



Miyana Təcili Tibbi Yardım Mərkəzi tərəfindən yayılan məlumata görə, xəstəxanaya çatdırılan sərnişinlərdən biri vəfat edib, digər yaralılar da ağır vəziyyətdədir.



Yol polisi qəzaya yüksək sürətin səbəb olduğunu bildirib.



Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed