Şrift:
Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
13.03.2020 [14:20] - Gündəm, Hadisə
Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakinləri E.Məmmədovun idarə etdiyi “VAZ-2106” və A.Yaqubovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Məmmədovun avtomobilində olan sərnişin, paytaxt sakini Süsənbər Abbasova xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed