Şrift:
AMEA əməkdaşlarının koronavirusun yayıldığı ölkələrə ezamiyyətləri məhdudlaşdırılıb
13.03.2020 [14:41] - Xəbərlər
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının koronavirusun yayıldığı ölkələrə ezamiyyətləri məhdudlaşdırılıb.

Bu, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncamında əks olunub.

Həmçinin ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılıb. Sərəncama əsasən, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işləri həyata keçiriləcək, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlər tətbiq ediləcək.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed