Şrift:
Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər
13.03.2020 [16:10] - Xəbərlər, Bildiriş
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitindən sonra martın 16-sı gündüzdən 17-si gündüzədək şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 18-23, arabir 25-30 metr/saniyə olacağı, martın 16-da axşama doğru yarımadanın bəzi yerlərində arabir 32-35 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Departamentdən bildiriblər ki, martın 16-sı axşamdan və martın 19-dək fasilələrlə havanın yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu bu dövr ərzində 5-8° enərək 7-10° isti olacaq.

Martın 14-də isə nisbətən yüksək temperatur fonunda Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı ehtimal edilir.

Azərbaycanın əsasən şimal və qərb rayonlarından başlayaraq martın 14-dən etibarən hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 16-dan isə bir qədər də kəskinləşəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir. Qərb küləyinin sürəti arabir 15-20, martın 16-dan 17-si gündüzədək ayrı-ayrı yerlərdə 30-35 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Qeyri-sabit hava şəraiti martın ikinci ongünlüyünün sonunadək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed