Şrift:
“Tokio 2020” Olimpiadasının təşkilat komitəsi Oyunlara hazırlığı davam etdirir
13.03.2020 [16:28] - Xəbərlər, İdman
“Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi Beynəlxalq Olimpiya və Paralimpiya komitələri ilə birlikdə oyunlara hazırlığı davam etdirir.

Bu barədə Oyunların təşkilat komitəsi ABŞ Prezidenti Donald Trampın yeni koronavirusun yayılması ilə bağlı Olimpiadanın bir il müddətinə təxirə salınması barədə təklifinə cavab olaraq bildirib.

Təşkilat komitəsi bəyan edib ki, hazırlıq işləri ümumi vəziyyət diqqətlə izlənilərək və Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl olunaraq davam etdiriləcək.

Bununla yanaşı, martın 12-də Yunanıstanda Olimpiya məşəlinin yandırılması mərasimində çıxış edən BOK prezidenti Tomas Bax qeyd edib ki, Tokio Olimpiya Oyunları planda nəzərdə tutulan vaxtda keçiriləcək.

Xatırladaq ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarının iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed