Şrift:
Beyləqanda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər ölüb
13.03.2020 [16:32] - Gündəm, Hadisə
Beyləqan rayonunun Əhmədli kəndi ərazisində Bakı şəhər sakini Qafar Seyidəliyev idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nəticədə Q.Seyidəliyev və həyat yoldaşı Güləndam xəstəxanaya aparılarkən yolda ölüb, avtomobildə olan 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed