Şrift:
İranlı din mütəxəssisi vətənə dövlətə ittihamı ilə tutulan axunda görə Azərbaycan Respublikasını təhdid edib
13.03.2020 [16:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın İslami Azad Universitetinin Siyasi İslami İcmalar İdarəsinin rəhbəri Məhəmməd Qurbani Gülşənabad bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dövlətə xəyanət etdiyi üçün həbs edilən "İslam Partiyası"nın sədr əvəzedicisi hacı İlham Əliyevlə bağlı məqalə yazıb.



İlk olaraq "Sepah" terror təşkilatına məxsus "Farsnews" agentliyi tərəfindən dərc edilən məqalə olduğu kimi "Arannews", "Qafqa.ir" və digər bu kimi anti-Azərbaycan və anti-türk təmayüllər üzrə fəaliyyət göstərən agentliklərdə də işıq üzü görüb.



Hacı İlham Əliyevin həbsini onun anti-Qərb görüşləri ilə əlaqələndirən müəllif rəsmi Bakını təhdid edərək, sözügedən axund da daxil olmaqla, müxtəlif cinayətlər törətdikləri üçün həbs olunan Mövsüm Səmədov, Taleh Bağırzadə, Abgül Süleymanov və digər bu kimi radikal islamçılarla bağlı Azərbaycan Respublikasını təhdid edib.



Maraqlı məqam ondan ibarətdir ki, dövlətə xəyanət maddəsi kimi ağır ittihamla tutulan hacı İlham Əliyevin günahsız olduğunu isbat etmək istəyən Məhəmməd Qurbani Gülşənabad onun və sədrlik əvəzedicisi kimi çalışdığı "partiya"nın İranın xüsusi xidmət orqanları tərəfindən idarə olunan "müqavimət hərəkat"ının Azərbaycanda mərkəzi olduğunu və öz ətrafında "inqilabçı mömin" gəncləri topladığını etiraf edib.



O, məqaləsi içərisində Azərbaycan Respublikasının Konstitusiya quruluşuna da müdaxilə edərək iddia edib ki, "hacı İlham Əliyevin digər 5 islamçı ilə birlikdə həbs edilməsi Bakı dövlətinin kəskin islam düşmənliyi, habelə Azərbaycanın 10 milyonluq müsəlman və şiə cəmiyyətində hakim olan dini dəyərlər ilə ziddiyyətinin göstəricisidir".



Qeyd etmək lazımdır ki, İran mediasında tez-tez Azərbaycan dövləti və xalqı əleyhinə İranın idarə etdiyi radikal islamçılara görə təhqiramiz və təhdid dolu yazılar yayınlanır.



Digər tərəfdən, hazırda koronavirus bəlası ilə mübarizə aparan İrana Azərbaycan bu günlərdə 5 milyon dollar maddi yardım göndərib. Buna görə bir dəfə də olsun təşəkkür etməyən bu cür mütəxəssis və saytlar yenə də öz Azərbaycan düşmənçiliyi xislətlərindən əl çəkmirlər.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed