Şrift:
Misirdə təbii fəlakət nəticəsində 20 nəfər ölüb
14.03.2020 [09:53] - Xəbərlər, Hadisə
Misirdə iki gün davam edən güclü fırtına və sel nəticəsində 20 nəfər ölüb.

Bu barədə ölkənin Baş Naziri Mustafa Madbuli məlumat verib.

Baş Nazir bildirib ki, Misirdə sonuncu dəfə bu cür hava şəraiti 40 il əvvəl müşahidə olunub. Ölkənin müxtəlif bölgələrində 20 nəfər ölüb, çoxlu yaralı var. Bundan başqa, avtomobil, dəniz və hava nəqliyyatında fasilələr yaranıb. Əlverişsiz hava şəraiti səbəbindən Qahirədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 30 nəfər yaralanıb. Paytaxtda və bölgələrdə elektrik dirəkləri aşıb, su və enerji təchizatı kəsilib.

Hazırda təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed