Şrift:
Filippin Prezidenti Manilanı bağlı şəhər elan edib
14.03.2020 [10:04] - Gündəm, Siyasət
Dünya ölkələrinin əksəriyyəti kimi Filippin də yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirir.

Ölkə Prezidenti Rodriqe Duterte martın 15-dən başlayaraq paytaxta – Manila şəhərinə bütün daxili girişin və çıxışın bir ay müddətinə bağlandığını elan edib. Bu barədə qərar Filippində 52 nəfərin yeni koronavirusa yoluxması barədə məlumat rəsmi olaraq təsdiq edildikdən sonra qəbul olunub.

Prezident Rodriqe Duterte məktəblərin bağlanması və digər kütləvi tədbirlərin qadağan olunması barədə də qərar qəbul edib. Prezident bildirib ki, bu barədə qərarlar mütəxəssislərin rəyi əsasında qəbul olunub.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed