Şrift:
İstehsalçılar gübrənin dəyərini “Fermer kartı” ilə ödəyirlər
14.03.2020 [10:06] - Gündəm, İqtisadiyyat
“Aqrolizinq” ASC tərəfindən Qobustan rayonunda səyyar gübrə satışı təşkil olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, taxılçılıqla məşğul olan fermerlər yerlərdə təşkil edilən gübrə satışı üçün razılıq edirlər. Səyyar satış zamanı istehsalçılara 500 ton ammonium-nitrat gübrəsi satılıb. Hələlik satış Qobustan şəhər, Cəmcəmli, Dərəkənd, Təklə, Cəyirli və bir sıra digər ərazi dairələrində təşkil olunub.

Fermerlərə gübrə satışı davam edir. Bu aksiyaya “Aqrokimya” MMC də qoşulub.

Qeyd edək ki, istehsalçılar aldıqları gübrənin dəyərini “Fermer kartları” vasitəsilə ödəyirlər.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed