Şrift:
Moskvada “Ocaq” cəmiyyətinin sədri Tofiq Məliklinin 70 illik yubileyi keçirilib
01.10.2012 [15:57] - Diaspor
Rusiya paytaxtında görkəmli azərbaycanlı alim, professor, “Ocaq” cəmiyyətinin sədri Tofiq Məliklinin 70 illik yubiley mərasimi keçirilib.

Mərkəzi Ədəbiyyatçılar evində keçirilən mərasimdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı Çingiz Abdullayev, Rusiya Yazıçılar Birliyinin idarə heyətinin katibi İvan Qolubniçiy və Ümumrusiya Azərbaycan Konqresinin baş katibi Mikayıl Hüseynov və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Səfir Polad Bülbüloğlu çıxışında Tofiq Məliklinin Azərbaycanı Rusiyada kifayət qədər tanıdan insan olduğunu söyləyib: “Biz öz fəaliyyətimizdə hər zaman Tofiq Məliklinin məsləhət və dəstəyinə ehtiyac duyuruq. O, əsl ziyalıdır və Azərbaycan xalqının Rusiyadakı həqiqi təmsilçisidir”.
Yazıçı Çingiz Abdullayev çıxışında Azərbaycan Yazıçılar Birliyinin adından Tofiq Məliklini 70 illik yubiley münasibəti ilə təbrik edib.

“Moskovskiy literator” qəzetinin baş redaktoru, Rusiya Yazıçılar Birliyinin İdarə Heyətinin katibi İvan Qolubniçiy professor Tofiq Məliklinin Azərbaycan və Rusiya arasında humanitar sahədə əməkdaşlığın inkişafına verdiyi töhfədən danışıb.

Daha sonra tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubu oxunub.
Bu xəbər oxucular tərəfindən 1067 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed