Şrift:
Qobustan Milli Tarix-Bədii Qoruğunda dezinfeksiya işləri aparılıb
14.03.2020 [10:48] - Gündəm, Mədəniyyət
Mədəniyyət Nazirinin müvafiq əmri ilə təsdiq olunmuş, koronavirus (COVID-19) infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə tədbirlər planının icrası ilə əlaqədar Qobustan Milli Tarix-Bədii Qoruğunda sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.

Bu barədə Qobustan Milli Tarix-Bədii Qoruğundan məlumat verilib. Bildiriblər ki, qoruq dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunub, Səhiyyə Nazirliyinin müvafiq qurumlarından dəvət olunmuş mütəxəssislər tərəfindən virus və onunla mübarizə metodları, tibbi-profilaktik tədbirlər barədə əməkdaşlar arasında maarifləndirmə işləri aparılıb.
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed