Şrift:
İmişlinin Muradxanlı kəndində 264 şagird yerlik məktəb binası tikilir
14.03.2020 [11:10] - Gündəm, Sosial
Təhsil Nazirliyinin sifarişi ilə İmişlinin Muradxanlı kənd tam orta məktəbi üçün tikilən ikimərtəbəli binada inşaat işlərinin 60 faizi görülüb. Artıq binanın birinci mərtəbəsinin hörgüsü başa çatıb. Hazırda ikinci mərtəbədə hörgü işləri aparılır. Birinci mərtəbədə isə suvaq işləri görülür, istilik, su və elektrik xətləri çəkilir. Təhsil ocağının dayanıqlı su, istilik və elektrik enerjisi ilə təmin olunması məqsədilə ərazidə su anbarı, qazanxana tikilir, transformator quraşdırılır.
İnşa olunan 264 şagird yerlik təhsil ocağında 11 sinif otağı olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək.

Məktəbin tikintisinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed