Şrift:
Almaniyada qeydə alınmış koronavirusa yoluxanların sayı bir gündə 50 faiz artıb
14.03.2020 [11:52] - Gündəm, Sağlıq
Almaniyada qeydə alınmış koronavirusa yoluxanların sayı son 24 saatda 50 faiz artıb.

Almaniyanın “Spiegel.de” saytı xəbər verir ki, adı çəkilən ölkədə COVID-19 virusuna yoluxanların sayı 2369 nəfərə çatıb. Bir sutka öncə adı çəkilən infeksiyaya yoluxanların sayı 1567 nəfər idi. Almaniya rəsmiləri virusa yoluxma tempində artımı 10 faiz praqnozlaşdırırdılar və gözlənilməz artım Robert Kox İnstitutu tərəfindən də təsdiq olunub.

Qeyd edək ki, Robert Kox İnstitutunun rəhbəri Lothar Viler hər gün saat 10:00-da mətbuata və ictimaiyyətə həm ölkədəki həm də Çin və Avropanın digər ölkələrindəki son durumla əlaqədar rəsmi məlumatları açıqlayır. Əlavə olaraq bildirək ki, Almaniya Kansleri Angela Merkel mətbuata açıqlamalarının birində, ölkə əhalisinin 60-70 faizinin koronavirusa yoluxacağı ehtimal edildiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed