Şrift:
"Sepah" komandanlarından olan Nasir Şabani koronavirusdan ölüb
14.03.2020 [14:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Sepah" terror təşkilatının yüksək rütbəli zabitlərindən olan Nasir Şabani ötən gün koronavirusdan ölüb.



Nasir Şabani "Sepah"da işlədiyi müddət ərzində Kirmanşah şöbəsinin komananı, Tehranın "Sarullah" qərargahının komandan müavini və digər mühüm vəzifələrdə çalışıb.



O, həmçinin İnqilab Keşikçiləri Korpusunun Şahrud, Damğan, Urmiya, Ənzəli, Qonbəd şöbələrinin və Nəbi Əkrəm Briqadasının, habelə Sistan və Bəlucistan əyalətinin polis komandanı kimi vəzifələrdə işləyib.



Onun nə vaxt koronavirusa yoluxduğu bildirilmir.



Xatırladaq ki, ötən günlər ərzində bir neçə iranlı rəsmi sözügedən epidemiya nəticəsində ölüb.
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed