Şrift:
Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı kəskin artıb
14.03.2020 [14:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın bütün əyalətlərində yayılan təhlükəli koronavirus hər gün çox sayda insanın ölümünə səbəb olur.



Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Sominin bu gün günortadan öncə verdiyi açıqlamaya görə Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 27-yə çatıb.

O vurğulayıb ki, virusa yoluxanların sayı hər gün artır. Bu gün xəstələrdən götürülən analizlərin 59-nun müsbət olduğu bildirilib. Artıq Şərqi Azərbaycanda 338 nəfərin virusa yoluxduğu qətiləşib.



Universitet rəisinin sözlərinə görə, 59 nəfərdə virus aşkar edilibsə, bu o deməkdir ki, 590 nəfər virusa yoluxub. Lakin onlar xəstəxanaya müraciət etməyib və hazırda virus daşıyıcısıdılar.



Koronavirus epidemiyası ilə bağlı oxşar vəziyyət Qərbi Azərbaycanda yaşanır. Bu gün günortadan öncə yayılan məlumata əsasən Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 175-ə, bu xəstəlikdən ölənlərin sayı isə 6 nəfərə çatıb.

Qərbi Azərbaycan Tibb Universitetinin rəisi Cavad Ağazadə bildirib ki, virusa yoluxduğu təsdiqlənən xəstələrin 66-ı Urmiya şəhərinə aiddir.



Ərdəbil Tibb Universitetinin rəisi Dr. Qüdrət Əxəvan Əkbəri də epidemiya ilə bağlı oxşar açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, koronavirusa yoluxanların sayı artaraq 121 nəfərə çatıb, 15 nəfər isə bu xəstəlikdən həyatını itirib.



Bu gün yayılan rəsmi məlumata görə, Zəncan Əyalətində virusa yoluxanların sayı 138-ə, ölənlərin sayı isə 8 nəfərə çatıb.



Koronavirus böhranı ilə bağlı Güney Azərbaycanın digər əyyalətlərində də vəziyyət getdikcə ağırlaşır. Yüzlərlə xəstənin olduğu və 30-a yaxın insanın öldüyü Qəzvin və Həmədan əyalətlərində də koronavirusa yoluxanların sayında kəskin artım olduğu bildirilir.



Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu səxtəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.
Bu xəbər oxucular tərəfindən 297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed