Şrift:
İranda daha 113 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 724 nəfərə, yoluxanların sayı isə 13 min 938 nəfərə yüksəlib.
16.03.2020 [09:16] - Güney Azərbaycan xəbərləri
Ötən bir sutka ərzində İranda daha 113 nəfər koronavirusdan ölüb.



Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 15-də jurnalistlərlə görüşündə koronavirus qurbanlarının sayı ilə bağlı yeni statistikanı açıqlayarkən bəyan edib.



Cahanpur deyib ki, son bir sutka ərzində ölkədə daha 1209 nəfərin koronavirusa “Covid-19” yoluxduğu aşkar edilib: “Dünən günorta saatlarından bu gün saat 12:00-a qədər ölkədə daha 113 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər virusdan ölənlərin sayı 724 nəfərə, xəstəliyə yoluxanların sayı isə 13 min 938 nəfərə yüksəlib.



Xoşbəxtlikdən bu günə qədər “Covid-19” virusuna yoluxanlardan 4790 nəfəri sağalaraq, müalicə aldıqları tibb mərkəzlərindən evə buraxılıblar” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirus qurbanlarının sayının yeni statistikasını yayarkən bəyan edib.



Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə koronavirusa yoluxanların sayının 13 min 938 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 724 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusa yoluxanların və ölənlərin sayının qat-qat çox olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed