Şrift:
Özbəkistan avtomobil və hava yollarını bağlayır
16.03.2020 [09:25] - Xəbərlər, Siyasət
Özbəkistan koronavirus təhlükəsi ilə əlaqədar martın 16-dan xarici ölkələrlə aviasiya və avtomobil yolunu tam olaraq bağlayır.

Özbəkistan Nazirlər Kabineti yanında koronavirusun qarşısının alınması üzrə Operativ Qərərgah xəbər verir ki, ölkədə dəmiryol nəqliyyatının tam bağlanması 3 gün ərzində nəzərdə tutulub.

Məlumatda qeyd edilir ki, Özbəkistan vətəndaşlarına xaricə getməyə, xarici ölkə vətəndaşlarına isə bu ölkəyə gəlməyə tam qadağa qoyulub. Xarici ölkələrdə olan Özbəkistan vətəndaşları qısa müddətdə müəyyənləşdirilərək çarter reysləri ilə ölkəyə gətiriləcək. Ölkəyə qaytarılan Özbəkistan vətəndaşları 14 gün karantində olacaq.
Bu xəbər oxucular tərəfindən 222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed