Şrift:
Muxtar respublikada Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektləri təhvilə hazırlanır
16.03.2020 [10:23] - Gündəm, Hərb
Ötən illərdə Şərur rayonunda inşasına başlanılan Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektləri və 3-cü Sərhəd Zastavası təhvilə hazırlanır.

Böyük bir ərazini əhatə edən sahədə zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət yaşayış binasında hərtərəfli məişət şəraiti yaradılıb, inşaat işləri həyata keçirilərkən bütün müasir tələblər və standartlar nəzərə alınıb. Digər bir obyekt isə zirzəmi ilə birlikdə 2 mərtəbədən ibarət yeməkxana binasıdır. Əsgər və zabitlərin keyfiyyətli qidalarla təminatı üçün burada da hərtərəfli şərait yaradılır.

Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan qərargah binası da müasir görkəmi ilə diqqəti çəkir. Ərazidə digər obyektlər də inşa edilib. Belə ki, zabit və əsgərlərin ixtiyarına qarovul şəhərciyi, silah-sursat binası və camaşırxana, yanacaqdoldurma məntəqəsi, açıq və qapalı qarajlar, yuma, təmir və akkumulyator sexləri, texniki buraxılış məntəqəsi veriləcək.

Həyata keçirilən belə kompleks tədbirlər əminliklə deməyə əsas verir ki, yeni quruculuq töhfəsi hərbçilərin xidməti vəzifələrini daha yüksək səviyyədə yerinə yetirmələrinə stimul olacaq.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed