Şrift:
Yaponiyada 15 yerdə kütləvi şəkildə yeni koronavirusa yoluxma qeydə alınıb
16.03.2020 [11:57] - Gündəm, Sosial
Yaponiyada 47 prefekturadan 10-da 15 yerdə kütləvi şəkildə yeni koronavirusa yoluxma halı qeydə alınıb.

Bu barədə Yaponiyadakı müxbir məntəqəsinə ölkənin Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyindən daxil olan məlumatda bildirilir.

Məlumata görə, kütləvi yoluxmanın ən çox (50 nəfərdən artıq) insanı əhatə etməsi Hönşü adasının cənub-qərbində yerləşən Osaka şəhərində qeydə alınıb. Virusun yayılmağa başladığı məntəqə kimi canlı musiqinin səsləndirildiyi klub göstərilir. Bildirilir ki, bu, Yaponiyada belə kütləvi yoluxmanın qeydə alındığı yeganə yerdir.

Bundan əlavə, 10 nəfərdən artıq insanın kütləvi şəkildə yeni koronavirusa yoluxduğu daha on məntəqə qeydə alınıb. Onların da Tokioda Yeni il münasibətilə təşkil edilən kollektiv tədbirlərdə qeydə alındığı bildirilir. Daha dörd yerdə 5 və daha artıq insanın yoluxduğu qeyd edilir. Onların da, əsasən idman zallarında və digər sosial obyektlərdə yoluxduğu qeyd edilir.
Nazirliyin məlumatına görə, hazırda həmin obyektlərin hər birində çalışan mütəxəssislər qrupu xəstəliyin yayılma zəncirini aydınlaşdırmağa çalışır.

Əlavə olaraq qeyd edək ki, bu günədək Yaponiyada 1500-dən artıq yeni koronavirusa yoluxma halı qeydə alınıb. Son sutka ərzində daha 31 nəfərin yoluxduğu bildirilir. Yeni koronavirus səbəbindən ölənlərin sayı isə 31 nəfərə çatıb. Bütün bunlara baxmayaraq, Yaponiya hökuməti fövqəladə vəziyyətin elan olunması üçün hələlik əsas olmadığını bildirib
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed