Şrift:
Avropa Olimpiya təsnifat turnirinin üçüncü günündə dörd boksçumuz rinqə çıxacaq
16.03.2020 [11:59] - Gündəm, İdman
Londonda boks üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.
Martın 16-da - turnirin üçüncü günündə Azərbaycan millisinin dörd üzvü rinqə çıxacaq.

Komandamızın üzvlərindən Rüfət Hüseynov (52 kq) və Lorenzo Sotomayor (69 kq) ilk görüşlərini keçirəcəklər. L.Sotomayor onaltıdabir finalda Dmitri Qalaqot (Moldova), R.Hüseynov səkkizdəbir finalda Mücahit İlyas (Türkiyə) ilə qarşılaşacaqlar.

Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) turnirdə ikinci qarşılaşmalarını keçirəcəklər. T.Əliyev səkkizdəbir finalda litvalı Edqaras Skurdelis, K.Şahsuvarlı isə onaltıdabir finalda dünya və Avropa çempionu, həmçinin Avropa Oyunlarının qalibi ukraynalı Aleksandr Xijnyak ilə üz-üzə gələcəklər.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed