Şrift:
İmişlidə ipəkqurdu bəslənməsi üçün 189 kümçü ilə müqavilə bağlanılıb
16.03.2020 [12:27] - Gündəm, İqtisadiyyat
Ötən il 9 tondan çox barama istehsal edən İmişli kümçüləri cari ildə məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, rayonda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Son 4 ildə ayrı-ayrı yaşayış məntəqələrində 88 min ədəd tut tingi əkilib. Eyni zamanda, ipəkqurdu bəslənməsi üçün yeni tikililər inşa olunaraq kümçülərin ixtiyarına verilir və digər işlər görülür. Həyata keçirilən tədbirlər rayonda barama istehsalının ilbəil artmasına səbəb olub. Ötən il rayonda 120 ailə ilə müqavilə bağlanaraq onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb və 9 min 434 kiloqram məhsul istehsal olunub. Yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar və hazırda bu istiqamətdə işlər görülür. Bu məqsədlə ipəkqurdu bəsləmək istəyən kümçülərin indidən qeydiyyatı aparılır və onlarla mütəmadi görüşlər keçirilir. Bu isə kümçülərin sayının getdikcə artmasına səbəb olur. Artıq rayonda ipəkqrudu bəsləmək istəyən 188–dən çox ailə qeydə alınıb.

Qeyd edək ki, aprel ayından başalayaraq barama istehsal etmək istəyən ailələrə ipəkqurdu toxumunun paylanmasına başlanılacaq.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed