Şrift:
İranda 5,4 bal gücündə zəlzələ olub
16.03.2020 [12:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Hormozqan əyalətində Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib.



İranın Seysmologiya Mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ martın 16-sı, yerli vaxtla saat 01:34 radələrində Hormozqanın Bəndərxəmir şəhərinin Ruydər məntəqəsində yerin 16 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ Bəndər Abbas, Minab və Bəndərxəmir şəhərlərində, eləcə də Birləşmiş Ərəb Əmirliklərində də hiss edilib.



Zəlzələdə mümkün insan tələfatının olub-olmaması və ya dağıntılara yol açıb-açmaması barədə hələ ki, hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed