Şrift:
İranın 14 əyalətində 192 nəfər alkoqollu içkilərdən zəhərlənərək ölüb
16.03.2020 [12:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın 14 əyalətində sənaye spirtindən zəhərlənərək ölən insanların sayı 192 nəfərə çatıb.



Fars əyalətinin Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məhəmməd Cavad Muradiyanın sözlərinə görə, əyalət ərazisində bu günə qədər 264 nəfər spirtdən zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib və onlardan 31 nəfərinin həyatını xilas etmək mümkün olmayıb.



Güney Azərbaycanın Ərdəbil əyalətinin Tibb Elmləri İnstitunun yaydığı məlumatda da indiyədək 19 nəfərin sənaye spirtindən zəhərlənərək öldüyü qeyd edilir. Bundan başqa, eyni səbəbdən xəstəxanalara üz tutan 180 nəfərdən 79-nun vəziyyətinin ağır olduğu, hazırda urologiya, dializ və nevrologiya kimi xüsusi şöbələrdə müalicə aldığı bildirilir. Həmin insanlardan bir neçəsinin komada olması ilə yanaşı, bir neçəsi də görmə qabiliyyətini tamamən itirib.



Təbrizdə də koronavirusun yayılması ilə bağlı rəsmi məlumatlar yayılandan bu günə qədər 12 nəfər spirtdən zəhərlənərək ölüb. Xəstəxanalara bu səbəbdən şikayət edənlərin sayı isə ümumilikdə 98 nəfərdir. Hazırda onlardan vəziyyətləri ağır olan 16 nəfərin intensiv terapiya şöbəsində müalicə aldığı bildirilir.



İsfahanda isə alkoqollu içkilərdən ölənlərin sayı 7 nəfərdir.



Xatırladaq ki, son günlər İranın müxtəlif əyalətində insanlar koronavirusla mübarizə apardıqlarını düşünərək, kustar usulla hazırlanmış alkoqollu içkilər içirlər. Mütəxəssislər isə spirt içməyin koronavirusun qarşısını almadığını bəyan edirlər.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed