Şrift:
Azərbaycanın Gürcüstandakı səfirliyi daha 120 vətəndaşımızın ölkəyə qayıdışını təmin edib
16.03.2020 [14:49] - Gündəm, Sosial
Azərbaycanın Gürcüstandakı səfirliyi Avropadan Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən daha 120 vətəndaşımıza lazımi kömək göstərib.

Martın 16-da Avropa ölkələrindən gələn daha 120 nəfər Azərbaycan vətəndaşı səfirliyin təşkilatçılığı ilə Türkiyə ilə Gürcüstan arasındakı “Sarp” sərhəd-keçid məntəqəsindən xüsusi avtobuslarla, yerli polisin müşayiəti ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gətirilib.

Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yaranarsa, 14-28 günlük karantin rejimində saxlanılacaqlar.

Qeyd edək ki, martın 15-də daha 60 vətəndaşımız səfirliyin dəstəyi ilə Azərbaycana qayıdıb.
Məlumat üçün bildirək ki, səfirlikdə “qaynar xətt” yaradılıb. Telefon nömrəsi: +995- 577-06-50-50
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed