Şrift:
İranda tanınmış iqtisadçı və hüquq müdafiəçisi Fəriborz Rəis Dana koronavirusdan həyatını itirib
16.03.2020 [15:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Yazıçılar Birliyinin üzvü, tanınmış hüquq müdafiəçisi, sosialist iqtisadi və siyasi görüşləri ilə tanınan məşhur iqtisadçı və keçmiş siyasi məhbus Fəriborz Rəis Dana koronavirusdan ölüb.

İran saytlarının yaydığı xəbərə əsasən, “Covid-19” virusuna yoluxduğu üçün bir həftə əvvəldən Tehranın Pars xəstəxanasının reanimasiya şöbəsində müalicə alan Fəriborz Rəis Dana, bu gün sübh saatlarında səhhətinin pisləşməsinin ardınca dünyasını dəyişib.

Qeyd edək ki, Fəriborz Rəis Dana bundan əvvəl hakimiyyətin yürütdüyü iqtisadi siyasətini və onun bu sahədəki səriştəsizliyini tənqid etdiyinə görə, dəfələrlə rejimin təzyiqinə məruz qalmış, hüquqları məhdudlaşdırılmışdı.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 15-də koronavirus qurbanlarının sayı ilə bağlı yaydığı son statistikasına əsasən, dünən günorta saatlarına qədər İranda koronavirusa yoluxanların sayı 13938 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 724 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed