Şrift:
Çin koronavirusla mübarizə üçün Özbəkistana həkim briqadası göndərir
16.03.2020 [15:13] - Gündəm, Sosial
Çin koronavirusla mübarizə üçün Özbəkistana həkim briqadası göndərir.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bundan başqa Özbəkistandan İtaliyaya bir qrup həkim gedəcək və koronavirusla mübarizə üzrə bu ölkənin təcrübəsini öyrənəcək.

Xatırladırıq ki, bu günədək Özbəkistanda koronavirusa 6 adam tutulub və onların müalicəsi davam etdirilir.
Özbəkistanda 3 gün ərzində 6 nəfərin bu virusa tutulması fonunda ölkə martın 16-dan xarici dövlətlərlə sərhədi bağlayıb. Ancaq Özbəkistan vətəndaşlarının olduğu ölkələrlə çarter reysləri həyata keçiriləcək və Daşkəndə gətirilən vətəndaşlar 14 gün karantində olacaqlar.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed