Şrift:
Zoologiya İnstitutunda dezinfeksiya işləri davam etdirilir
16.03.2020 [15:36] - Gündəm, Sosial
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq, AMEA-nın Zoologiya İnstitutunda dezinfeksiya işləri davam etdirilir.
İnstitutdan bildirilib ki, elmi müəssisənin otaqları və dəhlizlərində növbəti dəfə dezinfeksiya işləri aparılıb.

Müəssisədə, həmçinin sürətlə yayılmaqda olan koronavirus pandemiyasına qarşı mübarizə aparmaq və onun yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə dezinfeksiya məhsulları, qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yardım çantası da təşkil edilib.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed