Şrift:
Özbəkistanda koronavirusa yoluxanların sayı 8-ə çatıb
17.03.2020 [09:22] - Gündəm, Türk dünyası-Turan
Özbəkistanda koronavirusa yoluxanların sayı 8 nəfərə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, ölkədə ilk koronavirus Parisdən Daşkəndə gələn bir qadında aşkar edilib. O qadın, həyat yoldaşı, oğlu, qızı və nəvəsini də bu xəstəliyə yoluxdurub. Bu gün isə qadının bir qohumunda bu virus aşkar olunub.

Martın 14-də Londondan, 15-də İstanbuldan Daşkəndə uçan daha iki Özbəkistan vətəndaşında da bu virus tapılıb.

Son məlumata görə, dünyanın 140 ölkəsində 170 min adam bu virusa yoluxub, bunun 6,5 mini ölüb, 75 mini sağalıb.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed