Şrift:
Polad Bülbüloğlu: “Rusiyada 750 min azərbaycanlı vətəndaşlıq alıb”
26.10.2011 [17:27] - Gündəm
“Rusiya Azərbaycan üçün xüsusi ölkədir”. APA-nın Rusiya müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Sankt-Peterburqda diaspora təmsilçiləri ilə bir araya gələn səfir bildirib ki, Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir: “Bu münasibətlər bütün sahələri əhatə edir. Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsinin bu il 3 milyard dollara qədər artması gözlənilir”. P. Bülbüloğlu Rusiyada 750 min azərbaycanlının vətəndaşlıq aldığını da söyləyib: “Səfirliyin araşdırmaları nəticəsində ildə 500-700 min arası Azərbaycan vətəndaşının Rusiyaya gəlib-getdiyi məlum olub”.
Bu xəbər oxucular tərəfindən 1711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed