Şrift:
Türkiyənin Səhiyyə naziri: COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması tam şəkildə dövlətin nəzarətindədir
17.03.2020 [09:29] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə COVID-19 infeksiyasının yayılmasının qarşısını alınması dövlətin tam nəzarətindədir. Vətəndaşlar təlimatlara rəiyyət etməli, rəsmi xəbərlərdən əlavə, şayiə xarakterli məlumatlara inanmamalıdırlar.

Bu sözləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca COVID-19 infeksiyası ilə bağlı ölkədəki vəziyyəti dəyərləndirdiyi zaman deyib. Səhiyyə Nazirliyinin Elmi Komitəsinin müəyyən etdiyi qaydalara əsasən, Türkiyənin sərnişin təyyarələrinin uçuşunu kəsdiyi ölkələrin sayı 20-yə çatıb. COVID-19 infeksiyası ilə bağlı fəaliyyət göstərən laboratoriyaların sayı 16-ya çatdırılıb. Xarici ölkələrdən gələn, o cümlədən Ümrədən qayıdan ziyarətçilərin 14 günlük karantin həyatı davam edəcək. Hazırda Türkiyədə sözügedən virusdaşıyıcısı 18 nəfərdir.

Virusla bağlı birbaşa təmas qurulması üçün “qaynar xətt” yaradılıb. Ölkə əhalisinə tövsiyə edilib ki, imkan daxilində evlərdən çıxmasınlar.
Qeyd edək ki, Türkiyənin bütün məscidlərində kütləvi ibadətlər dayandırılıb, əsgərlərin ailələri ilə görüşlərinə qadağan qoyulub, əyləncə mərkəzləri, idman yerləri, kino və teatr salonları, kitabxanalar da daxil olmaqla vətəndaşların toplana biləcəyi bütün ictimai obyektlərin fəaliyyəti müvəqqəti dayandırılması barədə qərarlar qəbul olunub. Yaşı 60-dan yuxarı olan işçilərin çalışma yerlərinə gəlməməsi tövsiyə olunub.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed