Şrift:
Filizlərin emalı prosesində müasir texnologiyalar tətbiq ediləcək
17.03.2020 [11:25] - Gündəm, Mədəniyyət
Azərbaycanda filiz yataqlarının istismarının səmərəliliyinin artırılması məqsədilə 2021–2024-ci illərdə filizlərin emalı prosesinə müasir texnoloji tədqiqatlar tətbiq ediləcək. Aparılmış geoloji tədqiqat işlərinin nəticələri barədə hesabatlar elektron formata keçiriləcək və saxlanılacaq.

Bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

İşin icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.
Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed