Şrift:
Güney azərbaycanlı fəal və tanınmış idmançı Kərim İsmayılzadə saxlanılıb
17.03.2020 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadə (Kərim Boksor) İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.



O martın 17-də ikinci dəfə olaraq Təbriz şəhərində saxlanılıb.



Fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.



Azərbaycanlı fəal fevralın son günlərində Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında ictimaiyyəti təşvişə salmaq ittihamı üzrə Ettelaat İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb, bir neçə gün saxlandıqdan sonra müvəqqəti azadlığa buraxılmışdır.

Qeyd edək ki, antitürk mövqeyi ilə tanınan Məhəmməd Mehdi Şəhriyari çıxışlarının birində idmançıdan şikayət etmədiyini bildirib.



İsmayıl Kərimzadə fevral ayında keçirilən parlament seçkiləri zamanı Qərbi Azərbaycan şəhərlərində fərqli vəziyyət olduğunu bildirərək əhalini seçkilərdə aktiv olmağa çağırmışdır.



Qeyd etmək lazımdır ki, son vaxtlar İranda güney azərbaycanlı fəallara qarşı təzyiqlər artıb. Onlar İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən saxta ittihamlarla saxlanılır və sifarişli məhkəmə prosesləri vasitəsi ilə uzun müddətli həbs cəzasına məhkum edilir.
Bu xəbər oxucular tərəfindən 251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed