Şrift:
Mərkəzi Bank vətəndaşların müraciətlərinin qəbulu rejiminə dəyişiklik edib
17.03.2020 [14:49] - Xəbərlər, İqtisadiyyat
Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə martın 16-da verilmiş tapşırıqlar nəzərə alınmaqla, Azərbaycan Mərkəzi Bankında (AMB) vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

AMB-dən bildirilib ki, Mərkəzi Bankın inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar burada fəaliyyət göstərən “qaynar xətt”in iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində “qaynar xətt”in fasiləsiz iş qrafiki təmin edilib, “Skype” proqramı vasitəsilə onlayn rejimində videoqəbul təşkil olunub. Bununla əlaqədar vətəndaşlardan aşağıdakıların nəzərə alınması xahiş olunur:

Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə “Elektron müraciətlər sistemi” (https://contact.e-cbar.az/) vasitəsilə həyata keçirilir.

Yazılı müraciətlər Mərkəzi Bankda quraşdırılmış məktublar qutusuna atıla bilər;

Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması +99412 493-50-58 “qaynar xətt” və +99412 493-11-22 telefon nömrəsi vasitəsilə həyata keçirilir.

Vətəndaşların “Skype” proqramı üzərindən “cbar@cbar.az” elektron ünvana zəng etməklə videoqəbulu aparılır.

Vətəndaşlarından qeyd edilən məsələlərlə bağlı çətinliklər yarandığı təqdirdə +99412 493-50-58 “qaynar xət”lə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed